Xəbərlər

Daşgil palçıq vulkanlarının ətrafı tullantılardan təmizlənib

09 Aprel 2025, 16:47

 
Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulkanlarının ətrafında təmizlik aksiya keçirilib.

Müvafiq qurumların əməkdaşlarının, turizm sənayesi və media nümayəndələrinin, eləcə də turizm könüllülərinin və ekokönüllülərin iştirakı ilə təşkil olunan aksiya zamanı ərazi tullantılardan təmizlənib.