İlin ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
08 Aprel 2025, 18:25
Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması və yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Araz Hövsan superstore qarşısında “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 118 litr olan plastik, 113 litr tutumu olan şüşə butulka və 89 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ərik, badam və Eldar şamı tingləri əldə ediblər.
Aksiyada fəal iştirak edərək tullantıların təkrar emalına və yaşıllıqların sayının artırılmasına dəstək olan hər kəsə təşəkkür edirik.
Qeyd edək ki, növbəti aksiyalar barədə məlumat Nazirliyin rəsmi saytında və sosial şəbəkə hesablarında öncədən paylaşılacaq.