Xəbərlər

Füzuli rayonunda ağacəkmə aksiyası keçirilib

07 Aprel 2025, 17:32

 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, eləcə də ekokönüllülərin iştirakı ilə Füzuli rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində torpaq-iqlim şəraitinə uyğun olaraq 600-dən çox ağac əkilib.

Aksiyanın keçirilməsinin əsas məqsədi yaşıllıq ərazilərinin genişləndirilməsi, ekoloji təhlükəsizliyin gücləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin dəstəklənməsidir.