Xəbərlər

30 mart Beynəlxalq Sıfır Tullantı Günüdür

30 Mart 2025, 11:40

 
2022-ci il dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 77-ci sessiyasında 30 mart tarixini Beynəlxalq Sıfır Tullantı Günü olaraq elan edib. Türkiyə tərəfindən irəli sürülən bu təşəbbüsə 105 ölkə qoşulub.

Bu günün məqsədi tullantıların idarə edilməsi, məsuliyyətli istehlak və istehsalın davamlı inkişafın əldə olunmasındakı roluna diqqət çəkməkdir. Fərdləri və təşkilatları məhsulun həyat dövrünün hər mərhələsində resurs istifadəsini və ətraf mühitə buraxılan tullantıları azaltmağa yönəlmiş həyat dövrü yanaşmasını qəbul etməyə çağırır.

Beynəlxalq Sıfır Tullantı Günü bu il "Moda və tekstil sahəsində sıfır tullantıya doğru" devizi altında keçirilir və planetimizi bürüyən tullantı çirklənməsi böhranına qarşı mübarizədə sürətlə inkişaf edən moda və tekstil sektorunun mühüm rolunu vurğulayır.

Beynəlxalq Sıfır Tullantı Günü qlobal miqyasda tullantıların idarə edilməsinin gücləndirilməsinin, davamlı istehlak və istehsal nümunələrinin təşviq edilməsinin vacibliyini vurğulayır.