Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

02 Mart 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində temperatur rejiminin yüksək olması və qarın əriməsi nəticəsində fevralın 27-dən martın 02-dək Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 20-40 sm artım müşahidə olunub.
Hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 500-700 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında isə sululuq ongünlük normanın 170-190, Kiçik Qafqazın çaylarında 80-110, Naxçıvan MR çaylarında 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 02-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 170 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 56 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 40 m3/s təşkil edərək ongünlük normanın 48 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 02-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 6, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 1sm azalma, Bankədə isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2014-cü il martın 02-də 311 sm), Şirvanda 279 sm (2014-cü il martın 02-də 148 sm), Salyanda 260 sm (2014-cü il martın 02-də 75 sm), Bankədə 215 sm (2014-cü il martın 02-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 154 sm (2014-cü il martın 02-də 63 sm) təşkil edir.