Tələbələr Milli Hidrometeorologiya Xidmətində hava proqnozunun hazırlanması ilə tanış olublar
17 Mart 2025, 18:03
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Sosial-İqtisad Kollecinin tələbələri Milli Hidrometeorologiya Xidmətinə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələrə Xidmətin fəaliyyət istiqamətləri, o cümlədən Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən avadanlıqlar, fotoşəkillər, eksponatlar, ölçü cihazları barəsində məlumat verilib.
Daha sonra Situasiya Mərkəzində tələbələrə hava proqnozunun hazırlanması prosesi ətraflı izah olunub.
Tədbirin sonunda Xidmətin əməkdaşları tərəfindən ölkəmizdə inkişaf etdirilən Erkən Xəbərdarlıq Sistemi barədə tələbələrə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.