Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 Fevral 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 220-350 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında isə sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 80-140, Naxçıvan MR çaylarında 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 155 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 150 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 45 m3/s təşkil edərək ongünlük normanın 59 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 18, Araz çayının Novruzlu məntəqəsində 19 sm artım, Şirvanda 8 sm azalma qeydə alınıb. Bankədə isə suyun səviyyəsində dəyişikilk müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 404 sm (2014-cü il fevralın 27-də 318 sm), Şirvanda 283 sm (2014-cü il fevralın 27-də 153 sm), Salyanda 257 sm (2014-cü il fevralın 27-də 130 sm), Bankədə 218 sm (2014-cü il fevralın 27-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 175 sm (2014-cü il fevralın 27-də 70 sm) təşkil edir.