Regionlarda ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici tədbirlər davam edir
14 Mart 2025, 17:50
Regionlarda yaşayan əhalinin ekoloji məsuliyyət hissinin artırılması, təbiətin qorunması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi, xüsusən də gənc nəsildə davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Görüşlər zamanı mütəxəssislər tərəfindən Lənkəran rayon Siyavar kənd F.İbrahimov adına tam orta məktəbin, N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbin, Gəncə şəhəri 42 nömrəli tam orta məktəbin, Abşeron rayonu Məmmədli kənd tam orta məktəbin, Sumqayıt şəhər 11 saylı tam orta məktəbin, Quba rayonu Alekseyevka kənd tam orta məktəbin, Yevlax rayon N.Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbin şagirdlərinə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması, resurslara qənaət və s. istiqamətlərdə ətraflı məlumatlar verilib, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.