Xəbərlər

Yaxın günlərdə gözlənilən hava şəraiti

14 Mart 2025, 17:12

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.