Xəbərlər

Yel çərşənbəsində məktəblilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

12 Mart 2025, 18:00

Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Kaspi liseyinin, 160 nömrəli Klassik gimnaziyanın şagirdlərinin, ekokönüllülərin, o cümlədən Yaşama Dəstək Mərkəzinin təşəbbüsü ilə dəvət edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.