Lənkəran Regional Mədəniyyət Mərkəzində Hirkan Milli Parkının yaranmasının 21 illiyinə həsr olunan dəyirmi masa təşkil edilib
10 Fevral 2025, 16:17
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinin əməkdaşlarının, Zoologiya və Botanika İnstitutlarının alim və mütəxəssislərinin, Lənkəran Regional Turizm İdarəsinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF), milli parkın fəaliyyətinə töhfə vermiş tərəfdaş təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə iştirakçılar tərəfindən Azərbaycanın cənub-şərq hissəsində yerləşən, zəngin bioloji müxtəlifliyi, nadir flora və fauna növləri ilə böyük əhəmiyyətə malik olan Hirkan Milli Parkı haqqında məlumatlar bölüşülüb.
Eyni zamanda Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən nadir meşə massivi, planetimizdə bənzərsizliyini qoruyub saxlayan ekosistemlərdən biri olan Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyəti və ekoturizmin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.