
Faktiki hava
05 Fevral 2025, 08:02
Milli Hidrometeorologiya Xidmətinin fevralın 5-i saat 08.00 -a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən yenidən güclənəcək.