Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
16 Fevral 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 60-110, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 39 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda 15, Bankədə 1 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356 sm (2014-cü il fevralın 16-da 382 sm), Şirvanda 195 sm (2014-cü il fevralın 16-da 246 sm), Salyanda 145 sm (2014-cü il fevralın 16-da 200 sm), Bankədə 177 sm (2014-cü il fevralın 16-da 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2014-cü il fevralın 16-da 160 sm) təşkil edir.