Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 Fevral 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində respublika ərazisində yağan yağış və yağışın Lənkəran-Astara bölgəsində intensiv olması nəticəsində bu ərazidən axan çaylarda sululuğun artımı müşahidə olunub.
Belə ki, fevralın 13-də Lənkərançay-Lənkəranda suyun səviyyəsində 29, Lənkərançay-Sifidorda 15, Vəşərüçay-Daştatürkdə 31, Viləşçay-Şıxlarda 25 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-190, Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin çaylarında isə 90-130 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 125 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 37 m3/s olmaqla, ongünlük normanın 53 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 72 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 4 sm artım, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2014-cü il fevralın 13-də 390 sm), Şirvanda 185 sm (2014-cü il fevralın 13-də 267 sm), Salyanda 128 sm (2014-cü il fevralın 13-də 225 sm), Bankədə 178 sm (2014-cü il fevralın 13-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 sm (2014-cü il fevralın 13-də 155 sm) təşkil edir.