“Su ehtiyatlarına iqlim dəyişmələrinin təsiri və bu təsirə adaptasiya strategiyaları” mövzusunda görüş keçirilib
05 Dekabr 2024, 18:02
Bakı Dövlət Universitetində “Su ehtiyatlarına iqlim dəyişmələrinin təsiri və bu təsirə adaptasiya strategiyaları” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev tərəfindən universitetin tələbələrinə su ehtiyatlarının idarə olunması, hidroloji monitorinq şəbəkəsi, Milli Adaptasiya Planı barəsində məlumatlar verilib, müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Maarifləndirici tədbirin keçirilməsində məqsəd tələbələrin iqlim dəyişmələrinin təsirləri və su ehtiyatlarının səmərəli idarə olunması sahəsində ekoloji biliklərini genişləndirməkdir və bu tədbirlər mütəmadi olaraq digər təhsil müəssisələrində də davam etdiriləcək.