“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 102 kq işlənmiş batareya təhvil alınıb
29 Noyabr 2024, 12:40
İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.
Ekokönüllülər tərəfindən Azərbaycan Hava Yollarından, “Metak” şirkətindən və “Azercell”in baş ofisinsən ümumilikdə 102 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.
Qeyd edək ki, hazırda 500-dən artıq müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir.