Xəbərlər

COP29 çərçivəsində Qafqaz dağlarının dayanıqlılığı və regional əməkdaşlıq müzakirə olunub

26 Noyabr 2024, 12:15

21 noyabr tarixində COP29 çərçivəsində "Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar" mövzusunda tədbir keçirilib.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistemlər üzrə direktor müavini Bruno Pozzi, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank və Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova iştirak ediblər.