Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib
04 Fevral 2015, 00:00
3 fevral 2015-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib. İclasda dörd məsələ - Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Milli Hidrometeorologiya Departamentləri üzrə 2014-cü ilin ötən müddəti ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələri müzakirə edilib.
İclası giriş sözü ilə açan Nazir Hüseyn Bağırov Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər və həyata keçiriləcək tədbirlər barədə qısa məlumat verib. Ölkə Prezidentinin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini bildirib.
Kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru çıxış edərək keçən dövr ərzində Departament tərəfindən görülmüş işlərin yekunu, “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na daxilolmaların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib.
Meşə sahələrinin artırılması və bərpası istiqamətində 2014-cü il ərzində görülmüş işlər, həmçinin “Meşələrin qorunub saxlanılması və təkrar istehsalı Fondu” na daxilolmaların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə Meşələrin İnkişafı Departamentinin direktoru məlumat verib, eyni zamanda yol verilmiş nöqsan və problemləri də kollegiya iştirakçılarının diqqətinə çatdırıb.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini çıxış edərək öz məruzəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin artırılması, inkişaf etdirilməsi istiqamətində həyata keçirilən konkret tədbirlər, həmçinin il ərzində yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə məlumat verib.
Kollegiya iclasında Milli Hidrometeorologiya Departamentində və onun tabeli qurumlarında həyata keçirilmiş əsaslı yenidənqurma işləri, texniki-təhcizat bazasının əksər hissəsinin müasir tələblərə uyğun olaraq yenilənməsi barədə və cari ildə yerinə yetiriləcək vəzifələrlə bağlı məruzə dinlənilib. Departament rəhbərliyinə bu il ərzində texniki-təhcizat bazasının yeniləndirilməsi prosesinin sürətləndirilməsi üçün konkret tapşırıqlar verilib.
İclasda gündəlikdə duran məsələlərlə bərabər cari məsələlər də müzakirə olunub, 2014-cü il ərzində ətraf mühitin mühafizəsi sahəsində əldə olunan uğurlar, görülmüş müsbət işlərlə bərabər, bir sıra nöqsan və çatışmazlıqların olduğu qeyd edilib.
İşlərində yol verdikləri nöqsanlara görə Meşələrin İnkişafı Departamentinin iki rayon üzrə Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət, digər iki rayon MMBM-nin direktoruna töhmət verilib. Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 3 tabeli qurumunun rəhbərinə töhmət verilib, birinə isə xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Departamentindən isə regional idarənin 4 məsul şəxsinə töhmət verilib.
Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq edilən cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinin baxılmamış qalması xüsusi qeyd olunub, bununla bağlı vəzifələrinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən əməkdaşlara ciddi göstərişlər verilib. Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Eyni zamanda iclasda bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin rəhbərlərinin fəaliyyəti ilə bağlı əlavə araşdırılma aparılması tapşırılıb. Buna uyğun olaraq bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin məsul şəxsləri barəsində 10 gün müddətində son qərar qəbul ediləcək.