Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

04 Fevral 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-31 yanvar 2015-ci il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 165 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 95 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 57 iş üzrə 71023 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 18419.8 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 173 iş üzrə 25487.8 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 23, icra qurumlarına isə 33 iş göndərilib.