Xəbərlər

İşlənmiş batareyalar üçün ayrılan xüsusi qutulardan bu dəfə 100 kq işlənmiş batareya təhvil alınıb

26 Noyabr 2024, 13:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində artıq 500-dən çox məntəqədə xüsusi qutular yerləşdirilib.
 
Ekokönüllülər tərəfindən “Araz” supermarketlər şəbəkəsinin İnqilab filialından, “Bravo” supermarketlər şəbəkəsinin Koroğlu hipermarket filialından, Azərbaycan Sənaye Bankının baş ofisindən, EY (Ernst&Young) Azərbaycan şirkətindən, “The Ritz Carlton” oteldən ümumilikdə 100 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.

Ətraf mühitin mühafizəsinə töhfə verərək layihəyə dəstək olan bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.