Xəbərlər

Növbəti ağacəkmə aksiyasına Ədliyyə Nazirliyinin əməkdaşları da qoşulub

25 Noyabr 2024, 14:58

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Ədliyyə Nazirliyinin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.