Qanunsuz ov edən şəxslər saxlanılıb
02 Fevral 2015, 00:00
26-31 yanvar 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib.
Qusar rayonu Əniq kəndi ərazisində keçirilmiş reyd zamanı Qusar rayonu Urfa kənd sakini Zöhrab Əhmədov saxlanılıb. Ondan 1 ov tüfəngi, 7 patron götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.
Növbəti dəfə Qusar rayonu Çağar kəndi ərazisində keçirilmiş reyd zamanı isə ov edən naməlum şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 14 patron götürülərək faktla bağlı qanunamüvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edilib.
Xocavənd rayonu ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan Xocavənd qəsəbə sakini Eyvaz Balakişiyev saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə tətbiq olunub.
Altıağac Milli Parkının ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan Bakı şəhər sakinləri Misirxan və Rahim Ağabalayevlər saxlanılıb. Onlardan 2 ov tüfəngi götürülərək barələrində qanunamüvafiq qaydada akt, protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.
Ölkə ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.