Xəbərlər

“Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torlar su hövzələrindən yığışdırılıb

19 Noyabr 2024, 12:20

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Şabran rayon akvatoriyasından, Xanbulançay su anbarından və Araz çayının Saatlı rayonundan keçən hissəsindən ümumilikdə 475 metr uzunluğunda 16 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.

Aksiya çərçivəsində tədbirlər davam etdirilir.