Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi mövzusunda tədbir keçirilib
16 Noyabr 2024, 13:25
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksək səviyyəli tədbir keçirilib.
Tədbirdə erkən xəbərdarlıq sistemləri üzrə qlobal komandanı təmsil edən tərəfdaş beynəlxalq təşkilatlar - Ümumdünya Meteorologiya Təşkilatı (WMO), Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisi (UNDRR), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC), Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Qlobal İqlim Fondu (GCF), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Asiya İnkişaf Bankının (ADB), eləcə də Qırğızıstan, Türkiyə, Finlandiya və Banqladeşin nümayəndələri, NASA, Google LLC kimi müxtəlif aparıcı təşkilatların, elmi institutların rəsmiləri və mütəxəssisləri müzakirədə iştirak etmişdir.
İclasda erkən xəbərdarlıq sisteminin əhəmiyyəti vurğulanıb, COP29 Sədrliyinin “İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu” təşəbbüsü təşviq olunub.
Qeyd edək ki, cari ilin 28 oktyabr tarixində Azərbaycanda “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” layihəsi Qlobal İqlim Fondu tərəfindən təsdiq edilib.