Xəbərlər

Tətil günlərində insanlar təbiətlə baş-başa qalmaq, təmiz hava almaq və dincəlmək üçün milli parklara üz tutublar.

14 Noyabr 2024, 12:10

 
Milli parklar həm yerli sakinlər, həm də xarici turistlər üçün maraqlı ekoturizm imkanları və füsunkar təbiət mənzərələri təqdim edir.

Milli parklara olan marağın daha da artırılması məqsədilə Şahdağ Milli parkının İsmayıllı bölməsinin Buynuz marşrutunda yerli sakinlərin əl işlərindən ibarət sərgi təşkil olunub. Parkı ziyarət edən turistlər həm əl işləri ilə tanış olub, həm də parkın ekoturizm potensialı və bu ərazidə həyata keçirilən reintroduksiya layihələri barədə məlumatlandırılıblar.

İsmayıllı rayon E.Bayramov adına Talıstan kənd tam orta məktəbin şagirdləri də asudə vaxtlarını səmərəli keçirmək üçün milli parka səfər ediblər.

Eyni zamanda Altıağac Milli Parkının Qızılqazma piknik nöqtəsində milli parkın tanıtım stendi qurulub, parka gələn turistlərə xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti barədə məlumatlar verilib.