Dünən "Türk dövlətləri milli ağaclandırma günü“ münasibətilə meşə fondu torpaqlarında ağacəkmə aksiyaları keçirilib
12 Noyabr 2024, 17:40
Artıq ənənə halını almış "Türk dövlətləri milli ağaclandırma günü“ münasibətilə keçirilən ağacəkmə aksiyaları bütün ölkə ərazisini əhatə edib.
Aksiyalar zamanı Hacıqabul, Xaçmaz, Siyəzən, Qobustan, Ağsu, Bərdə, Ağdaş, Zaqatala, Şəki, Qəbələ, Masallı, Astara, Tovuz, Gədəbəy, Ağcabədi və Göygöl rayonlarının ümumilikdə 45 hektardan artıq meşə fondu torpağında 100 mindən çox Eldar şamı, dağdağan, ağcaqayın, fıstıq, qoz, iydə, göyrüş və s. müxtəlif növ ağac tingləri əkilib.
Bu cür genişmiqyaslı ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd həm iqlim dəyişikliyinə müsbət təsir göstərmək, həm də ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltməkdir.
Xatırladaq ki, 11 noyabr tarixində eyni zamanda Müşfiqabad qəsəbəsində 11 111 ağac əkilərək ümumilikdə ölkə üzrə 111 111 ağac əkilib.