“Təbiəti mühafizə planı”nın hazırlanması üzrə İşçi Qrupunun ilk iclası keçirilib
05 Noyabr 2024, 11:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan üçün “Təbiəti mühafizə planı”nın hazırlanması üzrə İşçi Qrupunun ilk iclası keçirilib.
İclasda layihəyə cəlb olunan ekspertlər tərəfindən “Təbiəti Mühafizə Planı”nın qısa icmalı, İşçi Qrupunun yaradılmasının əsaslandırılması, “Təbiəti Mühafizə Planı”nın təklif olunan formatı, strukturu və məzmununun qısa icmalı, Azərbaycanda biomüxtəlifliyin qorunması üçün prioritet sahələr, ərazi əsaslı mühafizənin cari vəziyyəti ilə bağlı müzakirələr edilib.
Eyni zamanda növbəti mərhələdə layihə çərçivəsində atılacaq addımlar və görüləcək işlər barədə rəy və təkliflərlə bağlı fikir mübadiləsi aparılıb.