Xəbərlər

Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar “açıq qapı” günü keçiriləcək

04 Noyabr 2024, 12:20

 
Xəzər dənizi sahilində, Samur-Şabran ovalığında yerləşən Samur-Yalama Milli Parkının yaranması günündə - 5 noyabrda milli parkda “açıq qapı” günü keçiriləcək.

Xəzər dənizini sıx meşələrlə birləşdirən Azərbaycandakı yeganə ərazi olan Samur-Yalama Milli Parkında ziyarətçilər turizm marşrutları boyunca hərəkət edərək unikal təbiət mənzərələrini seyr edə və Xəzər dənizinin sahilində payızın rəngarəng görüntüsündən həzz ala bilərlər.

Xatırladaq ki, Samur-Yalama Milli Parkı ətraf mühitin və Xəzər dənizinin sahil ekosisteminin mühafizəsi, bioloji müxtəlifliyinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli Sərəncamı ilə yaradılıb.