Xəbərlər

“Təmiz ekoloji mühit, sağlam həyat naminə həmrəy olaq” adlı konfrans keçirilib

02 Noyabr 2024, 11:50

Noyabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ekoloji mühit, sağlam həyat naminə həmrəy olaq” adlı konfrans keçirilib.

Konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və Aparatın əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri, eləcə də rayonun idarə, müəssisə və təşkilat nümayəndələri iştirak ediblər.

Qonaqlar ilk öncə Ulu Öndərin Suraxanı rayonunda yerləşən Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Çıxışlardan sonra konfrans “İqlim dəyişmələri fonunda ətraf mühitdə baş verən dəyişikliklər” eləcə də, “Təmiz ekoloji mühitin yaradılması: “yaşıl iqtisadiyyat” və “yaşıl həyat” tərzi” mövzularında panel müzakirələrlə davam edib.