Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib.

31 Oktyabr 2024, 13:20

 
Aksiyada vətəndaş cəmiyyətinin üzvləri, habelə “İstedadlı əlillər” İctimai Birliyinin üzvləri, müharibə əlilləri, o cümlədən digər həssas əhali qruplarından olan şəxslər, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Abşeron rayon təşkilatının üzvləri, ekokönüllülər iştirak ediblər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyada 50-dən artıq ağac əkilib.

Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, bu cür ekoloji aksiyaların təşkili ətraf mühitin mühafizəsinə, təbiətin sağlamlaşdırılmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına kömək etmək, eyni zamanda cəmiyyətin hər bir üzvünü ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləmək məqsədi daşıyır.