“Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: Təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər” mövzusunda konfrans keçirilib
30 Oktyabr 2024, 20:30
“Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sənaye Korporasiyası, “AzerGold” QSC və ADA Universitetinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, ADA Məktəbi və Azərbaycan Mühəndislik Akademiyasinın dəstəyi ilə icra olunan “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində oktyabrın 29-da ADA Universitetində “Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: Təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər” mövzusunda konfrans keçirilib.
Konfransın rəsmi hissəsində çıxış edənlər COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizə olan yüksək etimadın göstəricisi olduğunu, dünyanı narahat edən iqlim dəyişikliyinin havanın çirklənməsinə, vektor xəstəliklərinə, suyun və qidanın keyfiyyətinə, su və qida təchizatına, ətraf mühitin deqradasiyasına, həddindən artıq istilərə səbəb olduğunu, qeyd olunan amillərin xüsusilə uşaqlarda müxtəlif xəstəliklərə, psixoloji gərginliyə yol açdığını və sağlam inkişafına mənfi təsir etdiyini, uşaqların erkən yaşlardan iqlim dəyişikliyi və onun təsirləri barədə geniş maarifləndirilməsinin zəruriliyini vurğulayıblar.
Ölkə məktəbliləri adından çıxış edən 136 nömrli tam məktəbin 9-cu sinif şagirdi, layihə müsabiqəsi iştirakçısı Dəniz Əhədova bu cür layihə və tədbirlərin onların ekoloji biliklərinin və praktik bacarıqlarının artırılmasında əhəmiyyətli olduğunu bildirirək, həmyaşıdlarına ətraf mühitin və ekologiyanın qorunmasında həmişə fəal olmağa, ətraf mühiti çirkləndirməməyə, su və enerji resurslarından qənaətlə istifadə etməyə, ətrafda ekosistemə mənfi təsir edən hallara qarşı biganə qalmamağa çağırış edib.
Konfransda qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri mövzusunda məktəblilər arasında keçirilmiş ümumrespublika müsabiqəsinin qalib komandaları mükafatlandırılıb. Müsabiqəyə təqdim edilmiş 53 layihə arasından Təşkilat Komitəsi tərəfindən seçilmiş, problemin həllində daha yaradıcı və innovativ yanaşmalara üstünlük verən ən uğurlu 5 layihə mükafatlandırılmışdır.
Konfrans öz işini “Dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyinin qorunmasında innovativ həllər”, “Biomüxtəlifliyin və ekosistemin dayanıqlığının təmin edilməsində yeni çağırışlar” mövzularında panel müzakirələri ilə davam etdirib.
Məlumat üçün bildiririk ki, layihə çərçivəsində həmçinin ekspertlərin və seçilmiş “uşaq iqlim səfirləri”nin iştirakı ilə paytaxt və regionlarda orta məktəblərdə su və enerji resurslarından qənaətlə və səmərəli istifadə, tullantıların düzgün idarə olunması, iqlim dəyişikliyinin ətraf mühitə təsiri, sağlam qidalanma, təbii fəlakətlərin idarə olunmasında erkən xəbərdarlıq sistemləri, bioloji müxtəlifliyin və ekosistemin qorunmasında məktəblilərin rolu və digər mövzularda maarifləndirici sessiyalar və təlimlər təşkil olunacaq, məktəblilərin iştirakı ilə müxtəlif ekoloji aksiyalar keçiriləcək.