Xəbərlər

Məktəblilər “Yaşıl həyat tərzi və Azərbaycanın yaşıl dünya vizyonu” mövzusunda tədqiqat layihələrini təqdim ediblər

30 Oktyabr 2024, 14:35

 
132-134 nömrəli Təhsil Kompleksində IX sinif şagirdləri “Yaşıl həyat tərzi və Azərbaycanın yaşıl dünya vizyonu” mövzusunda tədqiqat layihəsini təqdim edib.

Layihə çərçivəsində məktəblilər komandalara bölünərək “Yaşıl kvadrat” prinsipi, tullantılar üçün “ikinci həyat”, yaşıl həyat tərzi, insanın bioloji aləmə təsiri, qlobal ekoloji problemləri yaradan faktorlar və onlarla mübarizə yolları, COP29 mövzuları üzrə araşdırmalar aparıb.

Komandalar iki həftə müddətində araşdırdıqları mövzu üzrə təqdimatlar, maketlər, məlumat broşürləri, rəsmlər və plakatlar hazırlayıblar.

Təqdimat zamanı məktəblilər mövzu ilə bağlı öyrəndikləri məlumatlar və əldə olunan nəticələr barədə interaktiv təqdimat formatında maketlər əsasında çıxışlar ediblər.

Sonda şagirdlərin təqdimatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, məktəbin direktoru, müəllim heyəti tərəfindən qiymətləndirilib.