Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

26 Yanvar 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-130, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 155 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 10, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma, Şirvanda isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358 sm (2014-cü il yanvarın 26-da 402 sm), Şirvanda 229 sm (2014-cü il yanvarın 26-da 301 sm), Salyanda 184 sm (2014-cü il yanvarın 26-da 255 sm), Bankədə 189 sm (2014-cü il yanvarın 26-da 237 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2014-cü il yanvarın 26-da 175 sm) təşkil edir.