Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

28 Oktyabr 2024, 15:25

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək, iqlim dəyişikliyinin təsirlərini azaltmağa töhfə vermək, gələcək nəsillərə yaşıl mühit miras qoymaqdır.