Xəbərlər

Astara rayonunun ərazisində həyatyanı sahəyə ağbaş kərkəs quşu düşüb.

25 Oktyabr 2024, 18:08

Vəhşi quş Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən təhvil götürülərək Hirkan Milli Parkında təbiətə buraxılıb.

Qeyd edək ki, bu növ quşlar 2000-2500 metr yüksəklikdə yuvalayırlar. Adətən qida əldə etmək üçün daha aşağılara, bəzən düzənliklərə qədər enirlər.

Ağbaş kərkəs insanlardan qorxmadıqları üçün fiziki sağlam olmasına baxmayaraq, uzaq məsafə qət etməkdən, soyuqdan və aclıqdan taqətsiz olub uçmaya bilirlər.