Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir
23 Oktyabr 2024, 09:45
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 23-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Lənkəran-Astara bölgəsinə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlı 40 mm təşkil edir. Lerikin yüksək dağlıq ərazilərinə isə qar yağıb, əmələ gələn qar örtüyünün hündürlüyü 17 sm olub.
“Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir”.