Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
23 Yanvar 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-190, Kiçik Qafqazın çaylarında 90-150, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 144 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 47 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 54 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 12, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 360 sm (2014-cü il yanvarın 23-də 422 sm), Şirvanda 225 sm (2014-cü il yanvarın 23-də 280 sm), Salyanda 204 sm (2014-cü il yanvarın 23-də 253 sm), Bankədə 200 sm (2014-cü il yanvarın 23-də 227 sm), Araz çayının Novruzlu məntəqəsində isə 112 sm (2014-cü il yanvarın 23-də 170 sm) təşkil edir.