Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Sabirabad şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

22 Yanvar 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Sabirabad şəhərində Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşlarla 23 yanvar 2015-ci il tarixində nəzərdə tutulmuş görüşü cari ilin 30 yanvar tarixinə dəyişdirilib. Görüş saat 10:00-da Sabirabad
şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 95) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri, Vidadi küçəsi 3, əlaqə telefonları: 055-443-58-86, 050-437-81-66, 021-23-5-69-25) xahiş olunur.