Regionlarda maarifləndirici tədbirlər davam edir
17 Oktyabr 2024, 17:17
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını və bu sahəyə olan məsuliyyətini artırmaq məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Növbəti görüşlər zamanı mütəxəssislər tərəfindən Xaçmaz rayonu Palıdlı kənd tam orta məktəbin, Lənkəran rayon Tütəpeştə kənd ümumi orta məktəbin, Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin şagirdləri ətraf mühitin mühafizəsi, “Sıfır tullantı” təşəbbüsü, iqlim dəyişmələrinə qarşı görülən tədbirlər və s. sahələrdə ətraflı məlumatlandırılıb, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.