Xəbərlər

16 oktyabr Ümumdünya Qida Günü kimi qeyd edilir

16 Oktyabr 2024, 09:45

 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hər il oktyabrın 16-nı Ümumdünya Qida Günü kimi qeyd edir.

Qida hava və sudan sonra üçüncü ən əsas insan ehtiyacıdır - hər kəsin adekvat qidalanma hüququ olmalıdır. Bu il Ümumdünya Qida Günü “Daha yaxşı həyat və daha yaxşı gələcək üçün qida hüququ” şüarı altında qeyd olunur.