Məktəblərdə maarifləndirici görüşlər davam edir
10 Oktyabr 2024, 15:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Xəzər Komplek Ekoloji Monitorinq İdarəsi və “AzeLab” MMC-nin əməkdaşları tərəfindən Bakı şəhəri T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri ilə “Xəzər dənizi və onun ekoloji problemləri” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüş zamanı şagirdlərə Xəzər dənizinin ekoloji problemləri barədə məlumatlar verilib, dənizdən götürülmüş su, dib çöküntüləri nümunələri üzərində aparılan kimyəvi, zooplankton, zoobentos və ekotoksikoloji analizlər haqqında danışılıb. Şagirdlər mikroskopla suda yaşayan canlı orqanizimlərə baxıb.
Eyni zamanda mobil laboratoriya vasitəsilə aparılan monitorinqlər zamanı suyun fiziki-kimyəvi göstəricilərini yerində təyin edən portativ cihazlar nümayiş etdirilib və ölçmə işləri əyani şəkildə şagirdlərə göstərilib.