“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 60 kq işlənmiş batareya təhvil alınıb
09 Oktyabr 2024, 11:55
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Space filialından, “Bravo” supermarketlər şəbəkəsinin 28 Mall, Əhmədli hipermarket filiallarından və “Rahat” supermarketlər şəbəkəsinin Neftçilər filialından ümumilikdə 60 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.
Qeyd edək ki, istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib. Bu il ərzində ümumilikdə 1168,5 kq batareya toplanıb.
Layihəyə dəstək olan bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.