Xəbərlər

Regionlarda maarifləndirici tədbirlər davam edir

08 Oktyabr 2024, 15:45

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını və bu sahəyə olan məsuliyyətini artırmaq məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Növbəti görüşlər zamanı mütəxəssislər tərəfindən Ağdam rayon 152 nömrəli köçkün tam orta məktəbin, Tərtər şəhəri Ə.Məmmədov adına 1 nömrəli tam orta məktəbin, Mingəçevir ṣəhər 8 saylı və 4 saylı tam orta məktəblərin, Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin, Şirvan şəhər 21 saylı tam orta məktəbin, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbin şagirdləri ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, iqlim dəyişmələrinə qarşı görülən tədbirlər və s. sahələrdə ətraflı məlumatlandırılıb, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.