“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Art Plast” layihəsi təqdim edilib
05 Oktyabr 2024, 15:00
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Xəzərin irsi” silsiləsindən olan “Daha az plastik, daha çox həyat: təmiz dəniz üçün birlikdə!” devizi ilə ASCO-nun reallaşdırdığı “Art Plast” layihəsinin təqdimatı olub.
Təqdimat Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarovun, dənizçilərin, ekoloqların, könüllülərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə baş tutub.
Təqdimat Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarovun, dənizçilərin, ekoloqların, könüllülərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə baş tutub.
Qonaqlar plastik, metal və digər məişət tullantılarından istifadə olunaraq 5 metr uzunluğa malik balıq, eyni zamanda hər birinin hündürlüyü təxminən 2 metrdən çox olan qağayı, suiti və dəniz atı formasında hazırlanmış installyasiyalar, plastik qablardan düzəldilmiş 4 metr uzunluğu olan dünya xəritəsi installyasiyası, eləcə də istismar müddətini başa vurmuş qayıqlardan düzəldilən güldanlarla yaxından tanış olublar.
Təmiri və Tikintisi Zavodunun və “Bibiheybət” Gəmi Təmiri Zavodunun bir qrup əməkdaşının gərgin əməyi hesabına ərsəyə gələn bu “eko-art”lar ətraf mühiti təmiz saxlamağın əhəmiyyətinə, plastik çirklənməsinin ekosistem üçün təhlükələrinə, xüsusilə dəniz canlılarının qorunmasının vacibliyinə diqqət çəkməklə yanaşı, tullantıların istifadəyə yararlı məhsullara çevrilməsinin, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir. Xanı balığı formasındakı unikal installyasiya isə həm də plastik tullantıların atılması üçün şəhər sakinləri və turistlərin ixtiyarına veriləcək, burada toplanan tullantılar mütəmadi olaraq təkrar emala göndəriləcək.