Bu gün Göygölün yaranması günüdür
30 Sentyabr 2024, 09:10
1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsuçayın qarşısını kəsib. Nəticədə şəffaf suyu olan olan Göygöl yaranmışdır.
Dəniz səviyyəsindən hündürlüyü 1556 metr, sahəsi 79 ha, ən dərin yeri isə 96 metrdir. Uzunluğu 2450 metrə, ən enli yeri isə 595 metrə çatır. Əsasən yağıntı və Yuxarı Ağsu çayının suları ilə qidalanır.
Gölətrafı meşəliklərdə çox sayda ağac və kol, o cümlədən müxtəlif növ dərman bitkiləri, maral, cüyür, ayı, qaban, canavar, tülkü, çaqqal, porsuq, meşə pişiyi, vaşaq yayılmışdır.