Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüş keçirilib
26 Sentyabr 2024, 14:05
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirilib.
Görüşdə Xidmətin mütəxəssisləri “Azərbaycanda iqlim dəyişmələri fəaliyyətləri” və “Fəlakət riskini azaltmaq üzrə Sendai çərçivəsi” mövzularında çıxışlar ediblər.
Tələbələrə qlobal problemlərdən biri olan iqlim dəyişmələri, ətraf mühitə mənfi təsirlər göstərən istixana effekti yaradan qaz emissiyalarının dünya miqyasında sürətli artımı və Azərbaycanın da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmadığı barədə məlumatlar verilib.
Sonda gənclərlə mövzu ətrafında geniş müzakirələr aparılıb, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti barəsində məlumatlar verilib.