Xəbərlər

26 sentyabr - Ümumdünya Dəniz Günü

26 Sentyabr 2024, 09:00

“Ümumdünya Dəniz Günü” Birləşmiş Millətlər Təşkilatının qərarı ilə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təsis edilib. 1978-ci ildən etibarən qeyd olunan və bu il 26 sentyabr tarixinə təsadüf edən bu günün təsis edilməsində məqsəd su hövzələrinin çirklənməsinə, həmçinin qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn dəyişikliklərə beynəlxalq səviyyədə diqqət çəkməkdir.

Ölkəmizdə “Ümumdünya Dəniz Günü” ilə əlaqədar sentyabrın son həftəsi “Xəzər həftəsi” kimi qeyd olunur. Bu il 23-29 sentyabr tarixlərində keçirilən “Xəzər həftəsi” çərçivəsində müxtəlif tədbirlər, maarifləndirici görüşlər həyata keçirilir.

Qeyd edək ki, Xəzər həftəsi çərçivəsində 28 sentyabr tarixində Abşeron Milli Parkında “Xəzər festivalı” keçiriləcək.