İctimai dinləmə keçiriləcək
25 Sentyabr 2024, 10:58
Qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 27 sentyabr 2024-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Bakı şəhəri və regionlar üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün tədbir iştirakçılarının fikirləri öyrəniləcək.
İctimai dinləmədə iştirak etmək istəyənlər Dövlət Ekoloji Ekspertiza Agentliyinə (ünvan: Heydər Əliyev prospekti 10) dəvət olunurlar.
Əlaqələndirici şəxs: Elnur Ağayev, informasiya təminatı üzrə aparıcı mütəxəssis
- tel: 055-900-55-56,
- e-poçt: elnur.agayev@eco.gov.az