Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
19 Yanvar 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-180, Kiçik Qafqazın çaylarında 90-130, Lənkəran-Astara bölgəsi çaylarında 90-110, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 123 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 2, Salyanda 10, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 373 sm (2014-cü il yanvarın 19-da 421 sm), Şirvanda 251 sm (2014-cü il yanvarın 19-da 297 sm), Salyanda 227 sm (2014-cü il yanvarın 19-da 275 sm), Bankədə 205 sm (2014-cü il yanvarın 19-da 234 sm), Araz çayının Novruzlu məntəqəsində isə 126 sm (2014-cü il yanvarın 19-da 184 sm) təşkil edir.