Xəbərlər

“Gender bərabərliyi mədəniyyətinin təbliği” mövzusunda təlim keçirilib

23 Sentyabr 2024, 14:55

Gender bərabərliyi sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və tabeliyində olan qurumlarının 65 nəfər əməkdaşına “Gender bərabərliyi mədəniyyətinin təbliği” mövzusunda təlim keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşları Aytəkin Hacıyeva və Sevinc Məmmədova tərəfindən keçirilən təlimdə iştirakçılara gender bərabərliyi anlayışı, gender bərabərliyinə maneə olan amillər, bu sahədə dövlət siyasəti, gender məsul şəxslərin vəzifələri və iqlim dəyişikliyinin qadınlara təsiri haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.